
"O, komandanın əsas elementidir. Bu oğlan hamıdan çox gülür, səhərlər əla əhvalda olur, hamımızın özümüzü yaxşı hiss etməyimizə yol açır".
Fanat.Az "Actu Foot"a istinadən xəbər verir ki, bu sözləri Fransa millisinin yarımmüdafiəçisi Orelyen Tçuameni deyib.
"Real Madrid"in futbolçusu yığmadakı komanda yoldaşından - PSJ-nin vingeri Usman Dembeledən danışıb:
"Dembele meydanda yarımmüdafiə və hücum xətti arasında əlaqə yaradır. Komandamızın lideridir. Heyətdə "Qızıl top" sahibinin olması uğur deməkdir. İnsanların bunu dərk edib-etmədiklərini dəqiq deyə bilmərəm, ancaq vurğuladığım məqam möcüzəvidir".
Qeyd edək ki, Fransa seçməsi hazlrda davam edən DÇ-2026-nın qrup mərhələsinin 1-ci turunda Seneqalı 3:1 hesabı ilə üstələyib. Həmin görüşdə start "11-lik"də yer alan Dembele məhsuldar göstəricilərlə yadda qalmayıb və 80-ci dəqiqədə əvəzlənib.
Nihat