
Dünya çempionatları tarixində ikinci dəfə qadın baş hakimə FİFA tərəfindən təyinat verilib.
Fanat.Az-ın məlumatına görə, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivısində bu gün baş turacaq Çexiya - Cənubi Afrika Respublikası matçı ABŞ-li Tori Pensoya tapşırılıb.
Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Daha öncə qadın referilərdən fransalı ədalət təmsilçisi Stefani Frappar DÇ-2022-də Almaniya - Kosta Rika görüşünün (4:2) baş hakimi olub.
ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026 iyulun 19-da başa çatacaq. Son dünya çempionu Argentina yığmasıdır.
Toğrul