
"Kriştianu Ronaldu əsl komanda oyunçusu olsaydı, kənara çəkilər və yerini gənclərə verərdi".
Fanat.Az "A Bola"ya istinadən xəbər verir ki, bu sözləri Qana millisinin sabiq yarımmüdafiəçisi Kevin-Prins Boatenq deyib.
O, hazırda davam edən dünya çempionatında Konqoya qarşı keçirdikləri matçdan (1:1) sonra sərgilədiyi zəif performans səbəbindən tənqid atəşinə tutulan 41 yaşlı forvardı qınayıb: "Portuqaliya Ronaldusuz daha yaxşı oynayır. O, meydanda olanda bütün komanda yoldaşları ona ötürmə etməyə çalışır. Portuqaliya mundialda uzağa getmək istəyirsə, Ronaldu kənara çəkilməlidir. Qoy qalanları oynasın, o da son 15-20 dəqiqədə meydanda olsun".
Toğrul