
Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 2-ci turunda keçirilən Niderland - İsveç oyununun (5:1) ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Niderlandın heyətində parlaq çıxışla diqqət çəkən Kodi Qakpo fərqləndirilib.
Sözügedən oyunçu bu qarşılaşmada dubl edərək darmadağının reallaşmasında böyük pay sahibi olub.

ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul