
Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Fil Dişi Sahili seçməsinə son dəqiqələrdə vurulan qol sayəsində 2:1 hesabı ilə qalib gələn və pley-offa yüksələn Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman qələbəni dəyərləndirib.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi. Növbəti addımı Ekvadorla oyunda atmalıyıq. Bu qarşılaşmada qələbə qazanmalı və irəli baxmalıyıq. Qalan heç nə barədə düşünmürük".
ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul