
Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 2-ci turunda baş tutan Yaponiya - Tunis qarşılaşmasının (4:0) ən yaxşı futbolçusu məlum olub.
Fanat.Az FİFA-nın rısmi saytına istinadən xəbər verir ki, asiyalıların heyətində Ayase Ueda fərqləndirilib.
Sözügedən oyunçu bu matçda 2 qolla yadda qalıb.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul