
DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Kürasao yığması ilə qolsuz bərabərliyə razılaşan Ekvador millisinin baş məşqçisi Sebastyan Bekkasese Kürasao matçın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
"Çox sayda qol imkanı yaxalasaq da, son nöqtəni qoya bilmədik. İndi taleyimiz qrupda keçirəcəyimiz üçüncü oyundan asılıdır. Almaniya ilə matçda maksimum nəticə qazanmağa çalışacağıq. Bəxtin bizim tərəfimizdə olacağına inanırıq".
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul