
DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda İspaniya millisinə 0:4 hesabı ilə uduzan Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Georgies Donis ağır yenilgini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, matçın ardından keçirilən mətbuat konfransında belə danışıb:
"İspaniya yığmasını cərimə meydançamıza yaxınlaşdırmayacaq qədər güclü deyildik. Həddindən artıq səhvlər buraxdıq. Oyun istədiyiniz kimi getmirsə, qısa müddətdə qapınızda üç qol görürsünüzsə, özünəinamınız itir.
Biz bu məqamı nəzərə alaraq komandanı sakitləşdirməyə çalışdıq, amma alınmadı. Böyük turnirlərdə belə halların tez-tez baş verdiyini görürük".
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul