
DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Əlcəzairə 1:2 hesabı ilə uduzan İordaniya millisinin baş məşqçisi Camal Sellami fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, matçın ardından keçirilən mətbuat konfransında belə danışıb:
"Hesabı açandan sonra fərqi artırmağa çox yaxın idik. Amma Əlcəzair yığmasının bəzi futbolçularının yüksək fərdi keyfiyyətləri göstərdiyimiz cəhdlərə baxmayaraq, bizə ciddi problemlər yaratdı.
Qapıçımız Yezid Əbu Leyla mükəmməl oyun keçirdi və mən futbolçularımızın göstərdiyi performansla qürur duyuram. Birinci yarıda üstün tərəf biz idik, lakin dünya çempionatında ilk dəfə iştirak etdiyimiz üçün təcrübəsizlik bu məğlubiyyəti şərtləndirən əsas amil oldu.
Vaxtdan səmərəli istifadə edib hesabı qoruya bilmədik. Standart vəziyyətlərdəki zəif tərəflərimizi aradan qaldırmağa çalışsaq da, futbol səhvlərdən ibarətdir və Əlcəzair yığması hər iki qolu künc zərbəsindən sonra vurdu. Oyundan sonra futbolçuları Əlcəzairə qarşı göstərdikləri qəhrəmancasına mübarizəyə görə təbrik etdim. Futboldakı fərqləri maksimum dərəcədə azaltmağa çalışsaq da, sonda bəxt rəqibimizin üzünə güldü. Argentina ilə matçda turniri gözəl bir sonluqla bitirməyə çalışacağıq".
Toğrul