
Hazırda davam edən dünya çempionatının 2-ci turunda Argentina yığmasına 0:2 hesabı ilə uduzan Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, almaniyalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında belə danışıb:
"Daha artığını da edə bilərdik, amma ümumi baxsaq, planlaşdırdığımız kimi oynadıq. Cəsarətlə, rəqibdən qorxmadan mübarizə apardıq. Lakin bəzi epizodlarda bir qədər də cəsarətli davranmağımızı, qapıya daha yaxşı zərbələr endirməyimizi istəyərdim.
Argentina yığmasının ikinci qolu əks-hücumdan vurması çox üzücü oldu. Hərçənd qeyd etdiyim kimi, yaxşı oyunla yadda qaldıq.
Biz 39 yaşlı futbolçunun dubl etdiyini gördük... Əvvəlki oyunda isə het-trikə imza atmışdı. Bu, Messidir və o, digər futbolçularla müqayisədə tam başqa səviyyədədir".
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul