
DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Panama millisini 1:0 hesabı ilə üstələyən Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç qələbəni dəyərləndirib.
Fanat.Az-ın FIFA-nın mətbuat xidmətinə istinadən məlumatına görə, o, mətbuat konfransında belə danışıb:
"Təhlükəli rəqiblə oyun çətin alındı. Gərgin mübarizə şəraitində keçən matça şahidlik etdik. İlk yarıda istədiklərimizi tam şəkildə reallaşdıra bilmədik. İkinci hissədə daha yaxşı oynadıq.
Əsas odur ki, qələbə qazandıq və mübarizədən qopmadıq. Əlbəttə, matçın gedişində çətin anlar da yaşadıq. Amma ilk turdakı məğlubiyyətin ardından özünəinamı qaytarmaq və ruh yüksəkliyi qazanmaq üçün bu qələbə çox önəmli idi".
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul