
Hazırda davam edən futbol üzrə dünya çempionatında C qrupunda mübarizə aparan Şotlandiya və Braziliya yığmaları arasında keçirilən matçın ən yaxşı oyunçusu bəlli olub.
Fanat.Az xəbər verir ki, "sambaçılar"ın heyətində cinah hücumçusu Vinisius Junior fərqləndirilib.
"Real Madrid"in vingeri dubla imza ataraq komandasının 3:0 hesablı qələbəsində böyük pay sahibi olub.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul