
Hazırda davam edən dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Cənubi Koreya millisini 1:0 hesabı ilə məğlub edərək 1/16 finalda iştirak hüququ qazanan CAR millisinin baş məşqçisi Hüqo Broos fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın rəsmi saytı belə çatdırıb:
"Hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm. Bu, fantastik nəticədir. Biz çox yaxşı oynadıq, qol epizodları yaratdıq. Taktiki planda möhtəşəm göründük. Cənubi Koreya arzuladığı boş zonaları tapa bilmədi. Qolu vurandan sonra qalan dəqiqələrdə sonadək mübarizə apardıq. Son beş ildə nail olduqlarımız əladır. Bir yerdə uzun müddət işləyəndə xüsusi əlaqələr yaranır. Bu, oyunçu və məşqçilər arasındakı münasibətlərdən daha artığıdır. Biz dostuq. Qazandığımız uğurdan həzz almaq lazımdır".