
Hazırda davam edən dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Çexiya seçməsini 3:0 hesabı ilə məğlub edən və A qrupundakı mübarizəni maksimum nəticə ilə tamamlayaraq 1/16 finala yüksələn Meksika millisinin baş məşqçisi Xavyer Aqirre fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
"Bu komandanın xüsusi xarakteri var. Futbolçularımız böyük uğur qazandılar. Qrup mərhələsindəki mübarizəni maksimum nəticə ilə tamamladıq. Üstəlik, qol da buraxmadıq. Oyunçularımdan məmnunam. Heyətdə gənc futbolçular da var. Onlar bizim gələcəyimizdir. Gələcək üçün möhkəm təməlimizin olduğunu görmək çox xoşdur".
Toğrul