
Hazırda davam edən dünya çempionatının qrup mərhələsinin 3-cü turunda ABŞ seçməsini 3:2 hesabı ilə məğlub etməsinə rəğmən, 1/16 finala adlaya bilməyən Türkiyə millisinin müdafiəçisi Kaan Ayhan maraqlı statistik göstərici ilə yadda qalıb.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, sözügedən futbolçu buna ikinci hissəyə əlavə olunmuş 8-ci dəqiqədə (90+7.50-ci saniyə) qələbə qolunu vuraraq nail olub.
Bu, dünya çempionatları tarixində 1966-cı ildən bəri ikinci ən gec vurulan qələbə qoludur. Tarixdə bundan daha gec yalnız DÇ-2022-də Uelslə oyunda iranlı Rozbeh Çeşmi (90+7.56-cı saniyə) adını tabloya yazdırıb.
Toğrul