
Məşhur almaniyalı məşqçi Yürgen Klopp hazırda davam edən dünya çempionatının qrup mərhələsinin 3-cü turunda ölkəsinin Ekvadora 1:2 hesabı ilə uduzan yığmasını tənqid edib.
Fanat.Az xəbər verir ki, onun yenilgiyə rəğmən, 6 xalla E qrupunun lideri qismində 1/16 final mərhələsinə yüksələn kollektiv barədə dediklərini "Diario Sport" belə çatdırıb:
"Biz doğru metodlar seçməmişdik. Aqressiv rəqibə qarşı düzgün futbol oynamadıq. 12-ci dəqiqədən başlayaraq hücumdakı dərinlik yoxa çıxdı. Müdafiə planında isə elə təsir bağışladıq ki, sanki bunun necə alınacağını yoxlamağa çalışırdıq. Pis görünən çox şey var idi. Belə matçdan sonra növbəti mərhələlərə rahatlıqla yüksələcəyimizi güman etmək çətindir".
Nihat