
Futbol üzrə dünya çempionatının 3-cü turu çərçivəsində K qrupunda iki görüş keçirilib.
Fanat.Az xəbər verir ki, Konqo Demokratik Respublikası Özbəkistanı yenib.
DÇ-2026
3-cü tur, 28 iyun
K qrupu
Konqo DR - Özbəkistan 3:1
Qollar: Yoan Vissa, 68-pen. 90+1. İbrahim Mayele, 78 - Eldor Şomurodov, 10.
Baş hakim: Feliks Svayer (Almaniya).
Atlanta stadionu
Afrika təmsilçisi 3:1 hesablı qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb və ən yaxşı qrup üçüncülərindən biri kimi tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb. Debüt etdiyi DÇ-də xal qazana bilməyən Özbəkistan isə mundialla vidalaşıb.
Konqonun pley-offdakı rəqibi İngiltərə seçməsi olacaq.
Bu qrupun digər oyunu isə Kolumbiya və Pirtuqaliya yığmaları arasında baş tutub.
Qolsuz bərabırliklə bitən duelin ardından 7 xala malik Kolumbiya pley-offa lider qismində adlayıbsa, Portuqaliya 5 xalla qrup ikincisi olub.
DÇ-2026
3-cü tur, 28 iyun
K qrupu
Kolumbiya - Portuqaliya 0:0
Baş hakim: Alireza Faqani (Avstraliya).
Mayami stadionu