
Futbol üzrə dünya çempionatının 3-cü turu çərçivəsində J qrupunda iki görüş keçirilib.
Fanat.Az xəbər verir ki, Əlcəzairlə Avstriya məhsuldar bərabərliyə razılaşıblar.
DÇ-2026
3-cü tur, 28 iyun
J qrupu
Əlcəzair - Avstriya 3:3
Qollar: Riyad Mahrez, 60; 90+3. Rafik Belqali, 45 - Marko Arnautoviç, 28. Marsel Zabitser, 55. Saşa Kalaydziç, 90+6.
Baş hakim: İlgiz Tantaşev (Özbəkistan).
Kanzas stadionu
Qrupu ikinci sırada tamamlayan Avstriya 1/16 finalda İspaniya ilə qarşılaşacaq. Ən yaxşı üçüncülər sırasına düşməyi bacaran Əlcəzair isə İsveçrə ilə üz-üzə gələcək.
Bu qarşılaşma eyni vaxtda Argentina İordaniya ilə münasibətlərinə aydınlıq gətirib. Lionel Messinin qol vurduğu matç cənubi amerikalıkarın inamlı qələbəsi ilə yekunlaşıb.
DÇ-2026
3-cü tur, 28 iyun
J qrupu
İordaniya - Argentina 1:3
Qollar: Musa Əl Tamari, 55 - Covani Lo Çelso, 18. Lautaro Martines, 31. Lionel Messi, 80.
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Dallas stadionu
Bu nəticənin ardından Argentina qrupunu 9 xalla lider kimi başa vurub. Xalı olmayan İordaniya isə mundialla vidalaşıb. "Tanqoçular"ın 1/16 final mərhələsindəki rəqibi Kabo-Verde olacaq.