
Hazırda davam edən dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Özbəkistan və Konqo Demokratik Respublikası milliləri arasında baş tutan matçın ən yaxşı futbolçusu məlumdur.
Fanat.Az xəbər verir ki, o, afrikalıların heyətində Yoan Vissa fərqləndirilib.
Sözügedən futbolçu komandasının 3:1 hesablı qələbəsi ilə başa çatan görüşdə dublla yadda qalıb.
Qeyd edək ki, iyunun 11-də başlayan DÇ-2026 iyulun 19-da yekunlaşacaq. K qrupunda 4 xal toplayan və pley-offa yüksələn Konqo yığması 1/16 finalda İngiltərə seçməsi ilə üz-üzə gələcək.
Toğrul