
Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Kanada yığmasına 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandıran Cənubi Afrika Respublikası (CAR) millisinin baş məşqçisi Hüqo Broos fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, matçın ardından təşkil olunan mətbuat konfransında belə danışıb:
"İki gün əvvəl olduğu kimi, indi də futbolçularımla fəxr edirəm. Məncə, dünya çempionatında yaxşı təsir bağışladıq, amma belə sürətli və güclü rəqiblə qaçdı-tutdu oynamağa məcbur olduq. Özümüzdən bir addım öndə olan komanda ilə qarşılaşdıq.
Daha yaxşı mübarizə aparmağı öyrənməliyik. Elə buna görə də dünya çempionatında iştirak vacib idi. Əsas məqsədimiz mundiallara davamlı şəkildə qatılmaq olmalıdır. Komandanın yaxın həftələrdə daha yaxşı futbol oynayacağına inanıram.
Millinin baş məşqçi postunda qalıb-qalmayacağımı dəqiq bilmirəm. Bu məsələ yaxın günlərdə dəqiqləşəcək".
Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026 iyunun 11-də başlayıb. Mundial həyəcanı 19 iyul tarixinə qədər davam edəcək. Son dünya çempionu Argentina millisidir.
Nihat