
Yaponiya millisinin yarımmüdafiəçisi Takefusa Kubonun dünya çempionatının 1/16 final mərhələsi çərçivəsində bu gün Braziliya seçməsinə qarşı keçirəcəkləri oyunda meydana çıxıb-çıxmayacağı dəqiqləşib.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, "Real Sosyedad"ın futbolçusu sözügedən qarşılaşmanı kənardan izləyəcək.
DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Niderlanda qarşı oyunda (2:2) menisk zədəsi alan Kubonun fərdi çalışmalarla kifayətləndiyi bildirilib.
Geridə qalan mövsümdə bütün turnirlərdə 27 matça çıxan orta xətt oyunçusu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Hyustondakı (ABŞ) "En Er Ci Stedium"da baş tutacaq Braziliya - Yaponiya matçı Bakı vaxtı ilə 21:00-da start götürəcək.
Nihat