
İsveç millisinin hücumçusu Viktor Dyökereş hazırda davam edən dünya çempionatının 1/16 final mərhələsində Fransa yığmasına qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Arsenal"ın futbolçusunun sözlərini "Arsenal Radar" belə çatdırıb:
"Meydana Fransaya qalib gələ biləcəyimizi düşünərək çıxmalıyıq. Bizim üçün uğurlu gün olsa, oyunun əla alınması mümkündür. Bizi bu matçda nə gözlədiyini gözəl anlayırıq".
Skandinaviya təmsilçisi F qrupundakı mübarizəni 4 xalla 3-cü pillədə başa vurub və ən yaxşı qrup üçüncülərindən biri qismində pley-offa adlayıb. Fransa - İsveç matçı iyulun 1-də keçiriləcək.
Toğrul