
Karluş Keyruş futbol üzrə Qana milli komandasının baş məşqçi postundan gedib.
Fanat.Az xəbər verir ki, 73 yaşlı portuqaliyalı mütəxəssis bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, rəhbərliyi altında DÇ-2026-da mübarizə aparan komandanın mundialdakı çıxışı ilə qürur duyduğunu, amma daha böyük uğur qazana bilmədikləri üçün müəyyən məyusluq hiss etdiyini bildirib. Eləcə də Keyruş yerli federasiyanın rəhbərliyinə ona "qara ulduzlar"ı çalışdırmaq imkanı yaratdığı üçün təşəkkürlərini çatdırıb.
Xatırladaq ki, Qana millisi dünya çempionatının 1/16 final mərhələsində Kolumbiya seçməsinə 0:1 hesabı ilə uduzaraq turniri tərk edib.
Toğrul