
"Zirə"nin əvəzedici komandasında baş məşqçi təyinatları reallaşıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, qəsəbə təmsilçisinin "dubl"unu Anar Vəliyev çalışdıracaq.
Ötən mövsüm "Şamaxı"da Ayxan Abbasovun məşqçi korpusunda yer alan Vəliyev yeni postda Hacı Əhmədovu əvəzləyib. Hacı "Zirə-2"-dən ayrılaraq "Şəfa"ya üz tutub. O, paytaxt təmsilçisinin baş məşqçisi Zaur Həşimovun köməkçisi olacaq.
Anar Vəliyevin "qartallar"dakı əsas köməkçisi də bəllidir. Ona Xəyal Qarayev yardım edəcək.
Qeyd edək ki, "Zirə-2" Əvəzedicilər Liqasında son mövsümü 5-ci yerdə başa vurub.
Mirağa