
DÇ-2026-nın həyəcanı davam edərkən, Meksika və İngiltərə yığmaları arasındakı qarşılaşma start götürmədən gözlənilməz problemlə üzləşib.
Fanat.Az xəbər verir ki, "Mexico City Stadium" (Estadio Azteca) ətrafında müşahidə olunan şiddətli yağış, ildırım və göy gurultusu fırtına protokolunun işə düşməsinə səbəb olub.
FIFA-dan gələn rəsmi açıqlamaya görə, qarşılaşma əlverişsiz hava şəraiti səbəbindən ən azı 1 saat gecikməli olaraq, Bakı vaxtı ilə saat 05:00-da başlaya bilər.
Protokolun qaydalarına əsasən, stadionun 8 mil yarımçapındakı ərazidə hər yeni ildırım təsbit edildikdə, oyun avtomatik olaraq daha 30 dəqiqə təxirə salınır. Hazırda stadonda və ətrafında gərgin gözlənti davam edir.
Kamil Xudiyev