
"Qəbələ" futbolçusu Seydina Keyta ilə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı "qırmızı-qaralar"ın mətbuat xidməti yayıb.
Oyunçu ilə bu il iyunun 21-də bağlanmış müqaviləyə onun şəxsi problemləri səbəbindən qarşılıqlı razılaşma əsasında xitam verilib.
Bölgə təmsilçisi bu yay daha öncə İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov (icarə müddəti bitib), Murad Musayev ("Şəfa"), Rza Cəfərov (icarə müddəti bitib), Sambu Sissoko (icarə müddəti bitib), Adriel Ba Loua, Okan Təhməzli ilə də vidalaşıb. Qapıçı Səlahət Ağayevlə müqavilə yeniləyən "Qəbələ" Kouya Mabena ("Floriana", Malta) və Natan Monzanqonu (“Bravo”, Sloveniya) sıralarına qatıb.