
Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Portuqaliya seçməsinə 1:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksələn İspaniya millisinin baş məşqçisi Luis de la Fuente fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, matçın ardından təşkil edilən mətbuat konfransında belə danışıb:
"Ən önəmli futbolçular oyuna sonradan qoşulanlardır. Merinoya demişəm ki, həmişə oynadığımız üsluba sadiq qalmalıyıq. Onun rolu yarımmüdafiə ilə hücum xətti arasında əlaqə yaratmaq, komandanın daha məzmunlu oynamasına yardımçı olmaqdır. Bu matçda Merinonun komandaya lazım olan ritmi və enerjini qazandırmasını istədik. Ehtiyat oyunçular skamyasından meydana daxil olan futbolçular əla səviyyə nümayiş etdirdilər. Heyətimizdə yüksək səviyyəli 26 futbolçu var".
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi DÇ-2026 iyunun 11-də başlayıb. Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən mundial iyulun 19-da yekunlaşacaq.
Nihat