
İngiltərə millisinin müdafiəçisi Ezri Konsa Argentina ilə keçiriləcək Dünya Kubokunun yarımfinal qarşılaşması öncəsi komandadakı atmosfer və öz karyera yolu barədə mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Atlantadakı mətbuat konfransında çıxış edən 28 yaşlı futbolçu həlledici matça tam kökləndiklərini qeyd edib:
“Bəzən hadisələrin axarında olanda karyeranıza nəzər salmağa və nə qədər yol qət etdiyinizi düşünməyə vaxtınız qalmır. Amma bəli, həqiqətən də hazırda olduğum mövqeyə gəlmək çox çətin bir yol idi. Səkkiz il sonra Argentina qarşısında Dünya Kubokunun yarımfinalında meydana çıxacam. Bu oyunu səbirsizliklə gözləyirəm və ümid edirəm ki, finala yüksələ biləcəyik. Məncə, ən vacib məqam hər andan və hər matçdan zövq almaqdır. Biz çox əla futbolçu qrupuna sahibik. Hamımız bir yerdəyik və birlikdə keçirdiyimiz hər saniyədən keyfiyyətli şəkildə yararlanırıq. Mənfi məqamlar haqqında düşünmək asandır, lakin mənim fikrimcə, bu komanda çox xüsusidir və biz hər anın dadını çıxarmağa çalışırıq. Rəqibə həddindən artıq fokuslanmaq istəmirik. Onların hansı gücə və silahlara sahib olduğunu yaxşı bilirik, eyni zamanda bizim də nələrə qadir olduğumuzdan xəbərdarıq. Bu səbəbdən əsas odak nöqtəmiz tamamilə öz oyunumuz və qarşıdakı 90 dəqiqə olacaq.”