17:33 15.07.2026 54

Ağdam təmsilçisi "Uğur" gələcəyin futbolçularını hazırlayır

Uşaq futbolunun inkişafına töhfə vermək məqsədilə yaradılan “Uğur” futbol klubu qısa müddət ərzində öz ətrafında istedadlı uşaqları birləşdirə bilib. 2025-ci ildə rəsmi qeydiyyatdan keçən klub Ağdamı təmsil edir və hazırda 5 yaşdan 14 yaşadək futbolçularla çalışır. Klubun əsas məqsədi uşaqlara futbolun sirlərini öyrətmək, onların bacarıqlarını inkişaf etdirmək və gələcəkdə daha böyük futbol klublarında çıxış etmələri üçün imkan yaratmaqdır.

“Uğur” futbol klubunun məşqçisi Zaur Zöhrabov Fanat.Az-a bildirib ki, fəaliyyətlərinin əsas istiqaməti uşaq futbolunun inkişafına dəstək olmaq və gələcəyin futbolçularını yetişdirməkdir.

“Bizim əsas hədəfimiz uşaqlara düzgün futbol təhsili vermək, onların texniki, fiziki və taktiki hazırlığını artırmaqdır. Klubumuzda 5 yaşdan 14 yaşa qədər uşaqlar məşq edir. Çalışırıq ki, burada yetişən futbolçular gələcəkdə daha böyük klublarda özlərini göstərə bilsinlər”, - deyə məşqçi qeyd edib.

Zaur Zöhrabovun sözlərinə görə, “Uğur” klubunun fəaliyyətində xüsusi əhəmiyyət daşıyan məqamlardan biri də Ağdamda futbolun inkişafına töhfə verməkdir. Klub fevral ayında Ağdama köçərək burada da fəaliyyətə başlayıb. Hazırda komandanın həm Bakı, həm də Ağdam filialı fəaliyyət göstərir.

“Ağdamda fəaliyyət göstərmək bizim üçün çox önəmlidir. İşğaldan azad olunmuş torpaqlarımızda idmanın, xüsusilə də futbolun inkişafı böyük əhəmiyyət daşıyır. Uşaqların idmana cəlb olunması, onların sağlam mühitdə böyüməsi və öz istedadlarını göstərməsi üçün çalışırıq. İnanırıq ki, Ağdamdan da gələcəkdə ölkə futboluna töhfə verəcək istedadlı oyunçular yetişəcək”, - deyə Zöhrabov bildirib.

Klubun yetirmələri artıq müxtəlif futbol akademiyalarının diqqətini cəlb etməyə başlayıb. Məşqçinin sözlərinə görə, yaxın zamanda iki futbolçu nüfuzlu akademiyalara seçilib.

“Rəşid adlı futbolçumuz “Şəfa” futbol akademiyasına, Zəka adlı oyunçumuz isə “Sabah” futbol akademiyasına seçilib. Bu, bizim üçün böyük uğurdur. Çünki əsas məqsədimiz uşaqların inkişafına şərait yaratmaq və onların daha yüksək səviyyəli futbol mühitinə çıxışına kömək etməkdir”, - deyə klubun məşqçisi vurğulayıb.

“Uğur” komandası yarışlarda da fəal iştirak edir. Klub mart ayında Balakəndə keçirilən turnirdə mübarizə apararaq üçüncü yerə layiq görülüb. Zaur Zöhrabov qeyd edib ki, bu cür yarışlar uşaqların təcrübə qazanması, komanda ruhunun formalaşması və özlərini sınaması baxımından mühüm rol oynayır.

“Turnirlər uşaqlar üçün çox vacibdir. Onlar fərqli komandalarla qarşılaşaraq həm təcrübə qazanır, həm də öz üzərlərində işləməyə motivasiya əldə edirlər. Yaxın zamanda öz turnirimizi təşkil etmək fikrimiz də var”, - deyə o əlavə edib.

“Uğur” futbol klubu gələcəkdə fəaliyyətini daha da genişləndirməyi, daha çox uşağı futbola cəlb etməyi və yeni istedadların üzə çıxarılması istiqamətində işlərini davam etdirməyi planlaşdırır.
Ağdamı təmsil edən klubun əsas hədəfi yalnız futbolçu yetişdirmək deyil, eyni zamanda uşaqlara idmanı sevdirmək, onların sağlam və məqsədyönlü böyüməsinə şərait yaratmaqdır.

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 İyul 2026
18:14

Skaloni İngiltərə ilə matçdan əvvəl nə danışdı?

17:52

"İmişli"nin daha 4 rəqibi bilindi - "Qarabağ" da var

17:33

Ağdam təmsilçisi "Uğur" gələcəyin futbolçularını hazırlayır

17:15

"Bu mövsüm avrokuboklara vəsiqə qazanacağımıza inanıram" - "Turan Tovuz"un müdafiəçisi

16:57

"Temp tədricən artırıldı ki, bunun da faydasını görəcəyik" - "Şəfa"nın rumın legioneri

16:39

"Səbail" yeni transferini açıqladı

16:21

"İmişli"nin qışa qədər neçə legioner oynadacağı bilindi - Açıqlama

16:03

Naməlum şəxslər Yamalın evinə girməyə çalışıblar

15:45

"Şəfa"nın yeni transferi kənarda qalacaq - SƏBƏB

15:28

"Real" "Çelsi"nin təklifinə niyə "yox" dedi?

15:10

"TNS "Sabah"ın gücünü ölçəcək səviyyədə rəqib deyildi, "KuPS" isə..." - Aslan Kərimov

14:51

"Qalatasaray" "Real"ın qapısını döydü

14:33

"Sumqayıt"ın legioneri digər MPL klubuna keçir

14:15

"Sumqayıt" ilk sınaq matçına Sumqayıtda çıxacaq: "Rəqib özü istədi"

13:57

AÇ: Azərbaycan millisi Şimali Makedoniya ilə qarşılaşır

13:39

Füzuli Məmmədovun "çərçivə"ni kimə etibar edəcəyi bilindi

13:20

UFC yeni reytinqləri açıqladı: Fiziyev neçənci pillədədir?

13:01

ÇL: 2-ci mərhələyə adlayacaq daha 4 komanda müəyyənləşir

12:45

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:36

İngiltərə - Argentina rəqabətində kim üstündür? - STATİSTİKA

12:18

Azərbaycanın Böyük Britaniyadakı səfirinə "Sabah"dan xüsusi hədiyyə

11:59

FİFA prezidentindən Beynəlxalq Olimpiya Komitəsinə şikayət olundu - SON DURUM

11:40

"Şamaxı" daha bir transferini açıqladı

11:32

“Bursaspor” 2 top fərqi ilə geriyə düşdü, Toral isə...

11:07

"Komandam çətin şeyləri sadə göstərir" - İspaniya millisinin baş məşqçisi Fransa üzərində qələbədən belə danışdı

10:30

İkinci Liqanın debütantı transferə doymur - Daha 7 yeni müqavilə

10:11

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Deşam İspaniyaya məğlubiyyəti şərh etdi, hakimdən şikayətləndi

09:25

"Sabah"ın səfər qələbəsi Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

09:00

DÇ-2026: İspaniyanın finaldakı rəqibi müəyyənləşir - Argentina, yoxsa İngiltərə?

02:52

"Fənərbağça" dünya ulduzunu heyətinə qatdı - RƏSMİ

02:13

ÇL: II mərhələyə yüksələn 10 komandanın adı müəyyənləşdi

01:42

Fransa - İspaniya matçının ən yaxşısı bəllidir

01:30

Valdas Dambrauskas TNS üzərində qələbədən sonra belə danışdı

00:58

DÇ-2026: İspaniya millisi finalda!

00:27

Röyal Nəcəfov bu komandaya baş məşqçi təyin edilə bilər - SON DURUM

14 İyul 2026
23:47

"Çelsi" Adam Uartonu transfer etmək istəyir

23:24

"Tottenhem" Ferran Torres uğrunda yarışa qoşuldu

23:18

ÇL: "Sabah" növbəti mərhələdə

22:47

"Şamaxı" portuqaliyalı müdafiəçi ilə gücləndi

Facebookdan bizi izləməyi unutmayın.
X