
Şotlandiya yığmasının baş məşqçisi Stiv Klark Ukrayna ilə DÇ-2022-nin qarşıdakı pley-off oyununu şərh edib.
Fanat.Az xəbər verir ki, BBC Klarkdan belə sitat gətirib:
“Ukraynanın vəziyyətində olsaydıq, bilmirəm necə davranardıq. Onlara yalnız uğurlar arzulayıram, ancaq bizə qarşı matç istisna olmaqla. Qətərdə keçiriləcək dünya çempionatına getmək istəyirik və diqqətimizi buna yönəltmişik.
Əminəm ki, bu heyət hələ də böyük turnirə gedəcək. Biz o komanda deyilik ki, Avropaya çıxan kimi hər şeyi bitmiş sayaq.
Şotlandiya - Ukrayna oyunu bu gün saat 23:45-də başlayacaq. Matçın qalibi daha sonra, iyunun 5-də Qətərə səfər etmək üçün final oyununda Uelslə qarşılaşacaq.
Mirağa