
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Tvente” ilə qarşılaşacaq “Qarabağ” bu gün Niderlanda yollanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Tvente” - “Qarabağ” matçı avqustun 20-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Tərəflərin cavab qarşılaşması avqustun 27-də, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.