
Fransa millisinin keçmiş oyunçusu Pol Poqba ilə “Monako” arasında müqaviləyə xitam verilib.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.
33 yaşlı yarımmüdafiəçi ötən yay dopinq cəzasını başa vurduqdan sonra azad agent kimi “Monako”ya keçid etmişdi. Tərəflər arasında müqavilə 2027-ci ilin iyununa qədər imzalanmışdı.
Lakin zədələr Poqbanın “Monako”dakı karyerasına ciddi təsir edib. O, Fransa klubunun heyətində cəmi 6 oyunda çıxış edib.
"Ağ-qırmızılar"ın açıqlamasında tərəflərin yeni mövsümün ilk rəsmi oyunundan əvvəl müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdiyi bildirilib.
Yarımmüdafiəçinin bundan sonra karyerasını harada davam etdirəcəyi bilinmir.