
Fransa millisinin hücumçusu Kərim Benzema DÇ-2022-də yığmanın ilk matçını buraxacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Get French Football News" məlumat yayıb.
Zədədən sonra bərpa prosesi keçən forvard hələ də komanda ilə birgə məşq etmir. Fransa millisinin baş məşqçisi Didye Deşam futbolçunun sağlamlığını riskə atmamaq üçün Benzema ilə ehtiyatlı davranır.
Qeyd edək ki, Fransa seçməsi ilk turda Avstraliya ilə qarşılaşacaq. Matç 22 noyabrda keçiriləcək.
Röya