09:30 20.11.2022 623

Bu gün mundial başlayır

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək.

Fanat.Az xəbər verir ki, Qətərdə baş tutacaq sayca 22-ci mundial 29 gün davam edəcək.

Dörd illiyin nəhəng yarışının açılış oyununda ev sahibi Qətərlə Ekvador yığması üz-üzə gələcək. 

A qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 60 minlik azarkeş tutumuna malik "El-Bayt" stadionundakı qarşılaşmanı italiyalı Daniele Orsato idarə edəcək. Görüşdən əvvəl açılış mərasimi gerçəkləşəcək. 
İlk dəfə dünya çempionatı yay fasiləsində deyil, mövsümün gedişində keçiriləcək. Budəfəki mundial tarixdə ikinci dəfə Asiyada reallaşacaq. 2002-ci ildə Yaponiya və Cənubi Koreya mundiala ev sahibliyi edib.

32 komandanın iştirakı ilə keçiriləcək futbol bayramı dekabrın 18-də baş tutacaq final matçı ilə yekunlaşacaq.

Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda 48 yığma mübarizə aparacaq. 


A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland
B qrupu: İngiltərə, İran, ABŞ, Uels
C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa
D qrupu: Fransa, Avstraliya, Danimarka, Tunis
E qrupu: İspaniya, Kosta-Rika, Almaniya, Yaponiya
F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya
G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun
H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya

Əvvəlki 21 turnirdə 8 komanda çempionluq sevinci yaşayıb. Braziliya 5, İtaliya və Almaniya 4, Uruqvay, Argentina və Fransa 2, İngiltərə ilə İspaniya hərəyə 1 dəfə qalib olublar. 2018-ci ildə Fransa Xorvatiyanı 4:2 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. 

DÇ-2022-nin qalibi 40 milyon ABŞ dolları qazanacaq. İkinci yeri tutan milliyə 30 milyon, üçüncü yerin sahibinə 27 milyon dollar veriləcək. 4-cü olan kollektiv isə 25 milyon dollar alacaq. 

Dünya çempionatı 

A qrupu

I tur

20:00. Qətər - Ekvador 

Baş hakim: Daniele Orsato (İtaliya) 

"El-Bayt" stadionu

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

20 Avqust 2026
15:33

MOİK Xankəndidə başlamaq istəsə də...

15:14

Arif Əsədov: "Hapoel"in sol cinahı daha aktiv idi və ora diqqət yetirmək lazımdır"

14:55

"Qalatasaray" Batrakovun transferi ilə bağlı açıqlama yaydı - SON DURUM

14:36

"Mets"in yetirməsi Azərbaycan klubu ilə müqavilə bağladı

14:17

"Səbail" Boluda dava saldı, polis müdaxilə etdi - VİDEO

13:58

U-16 Avropa çempionatında 5-ci oldu

13:39

"Milan" yeni yarımmüdafiəçi ilə anlaşdı

13:20

"Trabzonspor"un Nunyes xəyalı baş tutmadı

12:59

İntizam Komitəsi 5 aylıq sıradan çıxan futbolçunu 5 oyunluq cəzalandırdı

12:41

Dünya Seriyası: "Neftçi SOCAR" 1/4-də ispanlarla qarşılaşır

12:23

"Qalatasaray" müqaviləsini yenilədiyi oyunçunu sata bilər

12:04

Türkiyə klublarının Avroliqa oyunları Azərbaycanda da yayımlanacaq

11:46

KL: Mahir Emreli də səfərdə oynayır, Murad Məmmədov da

11:28

İstanbul nəhəngi İngiltərədən vinger gətirir

11:10

AL: "Beşiktaş"la "Trabzonspor"un ev sınağı, Zamiq Əliyevin komandası Norveç təmsilçisi ilə üz-üzə

10:51

Lionel Messi növbəti qolunu vurdu - VİDEO

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

Kamilo Duran "Seltik"ə belə qələbə qazandırdı - VİDEO

09:48

"Sabahın Ulduzları": "Neftçi" "Qəbələ" ilə oyunda coşdu - Fotolar/Nəticələr

09:25

KL: "Qarabağ" "Tvente" ilə qarşılaşır

09:00

"Sabah" uduzdu, İsrail Azərbaycanla fərqi artırdı - UEFA reytinqi

02:22

Valdas Dambrauskas "Hapoel"ə məğlubiyyətdən sonra nə danışdı?

01:43

"Səfərdə də yaxşı oyun göstərmək istəyirik” - "Hapoel"in baş məşqçisi

01:32

"Barselona" mövsümə kubokla başladı

01:22

"Mingəçevir"in növbəti rəqibi bilindi

01:14

ÇL: "Budyo-Qlimt" Niderlanddan qalib qayıdır

00:59

La Liqa: "Atletiko Madrid" mövsümə qələbə ilə başladı

00:58

Kamilo Duran Çempionlar Liqasında şou göstərdi

00:50

ÇL: "Sabah" pley-offun ilk qarşılaşmasında yenildi

19 Avqust 2026
23:57

İsveçli ulduz "Barselona"ya təklif edildi

22:48

İlahə Qədimova Türkmənistanın paytaxtı Aşqabadda "ustad dərsi" keçib.

22:13

"LANDAU Lions" İsmayıl Abdullayevlə yeni müqavilə imzalayıb

21:31

"Səbail" Türkiyə klubu ilə heç-heçəyə razılaşdı

21:12

Qaşim Maqomedov Pakistandakı turnirdə bürünc medal qazanıb

20:44

Azərbaycan və Türkiyə taekvondoçuları birgə təlim-məşq toplanışında iştirak edirlər

20:04

AFFA-nın Lisenziya Komissiyasının iclasında "Goranboy" OİK-in sənədlərinə baxıldı

19:32

"Tvente"nin baş məşqçisi "Qarabağ"la matçdan əvvəl belə danışdı

19:12

Qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatının maskotları bilindi

18:40

Azərbaycanın 2 hakimi UEFA-nın yay kursunda iştirak edəcək

18:10

Sidiki Şerifin yeni komandası müəyyənləşdi

Facebookdan bizi izləməyi unutmayın.
X