Bu gün AFFA-nın təşkilatçılığı ilə “IV Caspian Cup” beynəlxalq turnirinə start verilib. Fanat.az xəbər verir ki, 12 komandanın 4 qrupda mübarizə apardığı yarışda ilk oyun günündə qrup mərhələsinin 4 oyunu baş tutub.
U-17 yığmamız Bolqarıstanı 1:0 hesabı ilə yenib. Türkiyə Qazaxıstanı 3:1 hesabı ilə üstələyib. İran Qırğızıstanı darmadağın edib - 3:0. Yaponiya isə Tacikistanla sülh bağlayıb - 1:1.
Qeyd edək ki, ilk turda U-16 komandamız, həmçinin Əfqanıstan, Gürcüstan və Özbəkistan istirahət edəcək.
IV Caspian Cup
Qrup mərhələsi
I tur, 29 may
C qrupu
Yaponiya - Tacikistan 1:1
Hakimlər: Alik Yunusov, Coşqun Həsənov, İsgəndər Əliyev, Rəşad Əhmədov.
Sumqayıt şəhər stadionu.
| 1 | Yaponiya | 1 | 0 | 1 | 0 | 1:1 | 1 |
| 2 | Tacikistan | 1 | 0 | 1 | 0 | 1:1 | 1 |
| 3 | Tacikistan | 0 | 0 | 0 | 0 | 0:0 | 0 |
B qrupu
İran - Qırğızıstan 3:0
Hakimlər: Etibar Həsənov, Akif Əmirəli, Vüsal Qənbərov, Elgün Hüseynov.
“Dalğa Arena” stadionu.
| 1 | İran | 1 | 1 | 0 | 0 | 3:0 | 3 |
| 2 | Qırğızıstan | 1 | 0 | 0 | 1 | 0:3 | 0 |
| 3 | Azərbaycan U-16 | 0 | 0 | 0 | 0 | 0:0 | 0 |
D qrupu
Türkiyə - Qazaxıstan 3:1
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Kamran Bayramov, Ağaəli Əlizadə.
Sumqayıt şəhər stadionu.
| 1 | Türkiyə | 1 | 1 | 0 | 0 | 3:1 | 3 |
| 2 | Qazaxıstan | 1 | 0 | 0 | 1 | 1:3 | 0 |
| 3 | Özbəkistan | 0 | 0 | 0 | 0 | 0:0 | 0 |
A qrupu
Azərbaycan (U-17) - Bolqarıstan 1:0
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Ceyhun Haşımov.
“Dalğa Arena” stadionu.
| 1 | Azərbaycan U-17 | 1 | 1 | 0 | 0 | 1:0 | 3 |
| 2 | Bolqarıstan | 1 | 0 | 0 | 1 | 0:1 | 0 |
| 3 | Əfqanıstan | 0 | 0 | 0 | 0 | 0:0 | 0 |
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol