09:45 06.06.2014 791

"Simurq" 2013/14 mövsümündə

“Simurq” 2013/14 mövsümündə ümumilikdə 37 rəsmi qarşılaşmaya çıxıb. Fanat.az xəbər verir ki, bunlardan 36-sı Topaz Premyer Liqası, biri isə Azərbaycan Kuboku çərçivəsində baş tutub.
 
Komanda Topaz Premyer Liqasının cari mövsümündə 11 qələbə, 13 heç-heçə və 12 məğlubiyyət nəticəsində 46 xal toplayıb. Zaqatala şəhər stadionunun suni ot örtüyünün dəyişdirilməsi ilə əlaqədar “sarı-qaralar” XV tura qədər bütün oyunlarını demək olar ki, səfərdə keçirib. Qonaq komandaları gah Qəbələdə, gah da paytaxtda qəbul edib. Bunlardan ikisini Qəbələ şəhər stadionunda, üçünü “Şəfa" stadionunda, birini isə “Bayıl Arena”da keçirib və bu matçların ikisində qələbə qazanıb, ikisində heç-heçə edib, ikisində isə məğlub olub. Doğma arena hazır olduqdan sonra burada keçirdiyi 12 matçda isə 4 qələbə qazanıb, 5 heç-heçə heç-heçə edib və 3 məğlubiyyətlə 17 xal toplayıb.
 
Komanda səfərdə keçirdiyi 18 qarşılaşmada isə 21 xal toplayıb. Bu matçların 5-də qələbə qazanan “Simurq”, 6-da heç-heçə edib, qalan görüşlərdə məğlub olaraq mövsümün sonunda turnir cədvəlində 7-ci pilləni tutub.
 
Bu mövsüm Azərbaycan Kubokunda komanda uğursuz çıxışı ilə yadda qalıb. 1/8 final mərhələsində səfərdə I divizion təmsilçisi “Araz Naxçıvan”ın qonağı olan “Simurq”, əsas vaxtı 2:2 hesablı heç-heçə bitən matçda təyin olunmuş oyundan sonrakı penalti vuruşlarında məğlub olub və kubok yarışından erkən kənarlaşıb.
 
2013/14 mövsümündə “Simurq” rəqib qapısından 37 qol vurub. 30 dəfə isə rəqib komandalar “sarı-qaralar”ı mərkəzdən oyuna başlamağa məcbur edib. Zaqatala təmsilçisinin vurduğu qollardan 35-i Topaz Premyer Liqasında qeydə alınıb.
 
Topaz Premyer Liqasında “Simurq”un keçirdiyi oyunlarda ən çox qeydə alınmış hesab 0:0-dı. Belə başa çatan görüşlərin sayı 10-a bərabərdi. Bu mövsüm Zaqatala təmsilçisinin ən böyük hesablı qələbəsi “Sumqayıt”la görüşdə qeydə alınıb. XXIV turda keçirilən matçda “sarı-qaralar” qonaq komandanı 4:0 hesabı ilə məğlub edib.
 
"Simurq"un geridə qalan mövsümdə məğlub edə bilmədiyi komandalar isə “Bakı”, “Neftçi” və “Qəbələ”di. Zaqatala təmsilçisi “flaqman” və qəbələlilərlə görüşlərin ikisində heç-heçə etməyi bacarsa da, “Bakı” bu mövsüm yeganə rəqib idi ki, bu komanda ilə qarşılaşmalarda Georgi Çixradzenin yetirmələri bir xala belə həsrət qalıb. 

simurqpfk.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

01:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:43

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X