Yeni mövsümə hazırlıqlarını davam etdirən “Sumqayıt” bir futbolçusu ilə yollarını ayırıb. Gənclik şəhəri təmsilçisi yeni transferi Saşa Yunisoğlu ilə vidalaşıb. Saşanın komandadan getməsi qarşılıqlı razılıq əsasında baş tutub. Fanat.az-a açıqlamasında “Sumqayıt” klubunun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rəşad Məmmədov məsələyə aydınlıq gətirib:
“Saşa müqavilə bağlayarkən rəhbərliklə razılaşmışdı. Rəhbərliyə xarici klublardan sərfəli təklif gəldiyi zaman getməsinə icazə verilməyini istəmişdi. Gedişi də futbolçu və rəhbərliyin qarşılıqlı razılıq əsasında baş tutub.
Qeyd edək ki, Saşa Yunisoğlu “Sumqayıt”la iyun ayının sonlarında 1 illik müqavilə imzalamışdı.
İdman24.az