“Sumqayıt”ın müdafiəçisi Saşa Yunisoğlu Türkiyənin “Denizlispor” klubu ilə danışıqlar apardığını təsdiqləyib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Mən hazırda Türkiyədəyəm və “Denizlispor”la danışıqlarımız davam edir. Amma hələ müqavilənin bütün detallarını aydınlaşdırmamışıq”.
Qeyd edək ki, Rail Məlikovla yollarını ayırdıqdan sonra Vurğun Hüseynova təklif göndərən Dənizli klubu ondan da müsbət cavab ala bilməmişdi. İndi Saşa ilə danışıq aparan “Denizlispor” AZAL-dan ayrılan Usim Ndukaya da dəvət göndərib.
İdman24.az