13:46 12.05.2017 1210

Bəzi klublar Premyer Liqaya niyə buraxmadı?

“Bəzi klublar maliyyə mənbələrini açıqlamadılar. 2017-2018 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcəkləri halda, bank zəmanəti təqdim edə bilməyənlər oldu. Bir sıra klublar, xüsusən I Divizion təmsilçilərinin isə tələb olunan sənədlərini, tam vermədikləri üçün analiz etməyə çətinlik çəkdik. “A” dərəcəli meyar üzrə sənədlər təqdim olunmadıqda avtomatik olaraq imtina qərarı çıxarılır”. 


Bunu “Report” açqılamasında AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov 2017/2018 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak etmək üçün 8 kluba lisenziya verilməsi ilə bağlı qərarı şərh edərkən deyib.


E.Məmmədov bildirib ki, 2016-2017 mövsümündə I divizionda 3-cü yeri tutan “Ağsu” klubu ümumiyyətlə lisenziya üçün müraciət etməyib. Onun sözlərinə görə, quruma ərizə ünvanlamayıb: “Bəlkə də, elitaya yüksəlmək niyyətləri olub, lakin bunu yazılı şəkildə bizə bildirməyiblər”.


Qaydalara əsasən, lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər. Lisenziyalaşdırma Qrupunun rəhbəri bunun üçün klubların müəyyən şərtlərə riayət etməli olduqlarını vurğulayıb. O, klubların lisenziya ala bilməməsinin əsas səbəbinin maliyyə məsələləri olduğunu söyləyib: “Gün ərzində bütün klublara yazılı qərar göndərəcəyik. AFFA-nın rəsmi saytına yer alan xəbərdən fərqli olaraq, orada ətraflı səbəblər göstəriləcək. Klublar Apellyasiya Komitəsinə müraciət edən zaman nə ilə razı olmadıqlarını əsaslandırmalıdırlar. Müraciətin qəbul olunması üçün müəyyən şərtlərə riayət edilməlidir. Premyer Liqa yalnız əsas komandadan ibarət deyil. Burada aşağı yaş qrupları üzrə kollektivlər də zəruridir. Bu isə vəsiat tələb edir. Mövsüm ərzində klub nümayəndələri üçün seminarlar təşkil etməklə yanaşı, yerlərdə görüşlər keçirmişik. Lakin hər şey maliyyədən asılıdır”.


E.Məmmədov “Azərbaycan Premyer Liqasında çıxış etmək üçün bir kluba minimum nə qədər vəsait lazımdır” sualına bu cür cavab verib: “Lisenziyalaşdırmada konkret məbləğ yazılmayıb. Maliyə meyarına əsasən, klub sübut etməlidir ki, onun futbolçulara və təşkilatlara borcu yoxdur. İkinici məsələ klubun mövsümə necə gəlməsidir. İndiki məqamda klubun borcu yoxdursa, lakin bank zəmanət məktubu təqdim edə bilmirsə və ya gəlir mənbəyi göstərmirsə, fiziki olaraq elitada oynaya bilməyəcək".


Qeyd edək ki, AFFA-nın Lisenziya Komissiyasının bu gün keçirilən iclasında lisenziyalaşdırılma üzrə qaydaların 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra UEFA-nın klub yarışlarında iştirak etmək üçün ilk 6 yeri tutmuş “İnter”, "Qarabağ", "Qəbələ", "Neftci", “Sumqayıt” və “Zirə” klublarına, Premyer Liqada iştirak üçün isə “Kəpəz” və “Səbail”ə lisenziya verilib. Əvəzində AZAL, “Mil-Muğan”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala” lisenziya ala bilməyib.


2017-2018-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış olur.


Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
19:10

KL: "Neftçi" "Dinamo Minsk"i qəbul edir: Heyətlər açıqlandı - YENİLƏNİR

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

Facebookdan bizi izləməyi unutmayın.
X