
Azərbaycan parabadmintonçuları Bəhreynin paytaxtı Manama şəhərində keçiriləcək dünya çempionatında ilk dəfə iki kateqoriyada mübarizə aparacaqlar.
Fanat.Az Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, kişilər arasında İbrahim Əliyev (SU-5) fərdi yarışda qüvvəsini sınayacaq.
Qadınlardan isə Zəhra Salmanlı və Nərmin İsgəndərova (hər ikisi SH-6) həm fərdi, həm də qoşa yarışlarda mübarizə aparacaqlar.
Qeyd edək ki, fevralın 8-dən 14-dək davam edəcək yarışda paralimpiyaçılarımız baş məşqçi Teymur Abbasovun rəhbərliyi altında mübarizə aparacaqlar.