
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Zirə" yarımmüdafiəçisi Rövlan Muradovla əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, informasiyanı "qartallar"ın mətbuat xidməti yayıb.
Sözügedən futbolçunun müqaviləsi qarşılıqlı razılaşma əsasında vaxtından əvvəl ləğv olunub.
Qeyd edək ki, Rövlan ötən ilin yayından "Zirə"nin uğurları üçün çalışdırdı.