Hazırlığının ikinci mərhələsini Gürcüstanda davam etdirən "Sumqayıt" Futbol Klubu qonşu ölkədə ilk yoxlama oyununu keçirib. Aqil Məmmədovun yetirmələri Gürcüstan 1-ci liqa təmsilçisi "Mertsxali" ilə qüvvəsini sınayıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş "Sumqayıt" FK-nun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada qolları Ruslan Nəsirli (2 qol) və Vurğun Hüseynov vurub.
Qeyd edək ki, "Sumqayıt" FK növbəti yoxlama oyununu iyulun 20-də Gürcüstan Premyer Liqa təmsilçisi "Merani Martvili"yə qarşı keçirəcək.
İdman24.az