Ötən mövsüm “Zirə”dəki çıxışı ilə diqqətləri üzərinə çəkən Adil Nağıyev Premyer Liqaya böyük əzmlə hazırlaşır. Fanat.az xəbər verir ki, gənc müdafiəçi fikirlərini klubun rəsmi saytına bildirib:
“Komanda yeni toplaşıb, yeni kollektiv formalaşır. Hələ ki, bərpa prosesi keçirik, yüngül məşqlər edirik. Ayın ortalarında Türkiyəyə təlim-məşq toplanışına gedəcəyik. Ordan qayıdandan sonra komandanın vəziyyəti haqda daha yaxşı danışmaq olar. Ümid edirəm ki, yeni gələnlər də qısa müddətdə kollektivə uyğunlaşacaq”.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol