"Qarabağ"ın futbolçusu İbrahim Şehiç Bosniya və Herseqovina millisinə çağırılıb. Fanat.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı qapıçı "AVRO-2016"nın "pley-off" mərhələsinin İrlandiya ilə qarşılaşmalarına dəvət alıb.
Balkan təmsilçisinin baş məşqçisi Mehmed Bajdareviç Şehiçi gələn ay keçiriləcək qarşılaşmalarda sərəncamında görmək istəyib. Bosniya və Herseqovina millisi ayın 13-də evdə, 3 gün sonra səfərdə mübarizə aparacaq.
Qeyd edək ki, Şehiç seçmə mərhələnin oyunlarına çağırılsa da, meydana çıxmayıb.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol