20:57 02.03.2016 731

"Böyük oyun"da "XL" güldü, "Rəvan" "İnter"ə badalaq vurdu

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib. Fanat.az xəbər verir ki, qaliblərin iki oyunun nəticəsinə görə müəyyənləşəcəyi mərhələnin ilk matçları bir gündə baş tutub.

1/4 finala "Böyük oyun"la start verilib. "Xəzər Lənkəran"la "Neftçi"nin qarşılaşması Lənkəranda baş tutub və 5 qol vurulub. Oyuna yaxşı başlayan meydan sahibləri 17-19-cu dəqiqələrdə Vaquf Güləliyevlə Tural Qürbətovun qolları sayəsində 2:0 hesabı üstünlük əldə edib. 22-ci dəqiqədə Ruslan Qurbanov fərqi azaldıb. 39-cu dəqiqədə Fəhmin Muradbəyli ilk yarının bərabərliklə başa çatmasına səbəb olan qola imza atıb. Buna baxmayaraq, meydan sahibləri qələbə qolunu vura bilib. 52-ci dəqiqədə fərqlənən İbrahim Qədirzadə "Xəzər Lənkəran"a 3:2 hesablı qələbə qazandırıb.

Günün ikinci matçında "Qarabağ" "Sumqayıt"ı sınağa çəkib. Bu mövsüm Premyer Liqada bu rəqibə qalib gələ bilməyən ağdamlılar tilsimi qırıb. Hesabı 52-ci dəqiqədə penaltidən Riçard Almeyda açıb. 86-cı dəqiqədə isə Mahir Mədətov fərqlənib. Qeyd edək ki, komandalar arasında cari mövsümdə çempionatda baş tutan ilk oyunda "Sumqayıt" qələbə qazansış (1:0), ikinci matç "sülh"lə bitmişdi (2:2).

Ardınca "Zirə" - "Qəbələ" görüşü start götürüb. Hesabı 75-ci dəqiqədə qonaqlardan Aleksey Qay açıb. "Zirə" iki dəqiqə sonra Nelson Bonillanın qolu ilə bərabərləyi təmin edib. Lakin əsas vaxtın sonuna 7 dəqiqə qalmış Dodo "Qəbələ"nin qələbə qolunu vurub - 2:1. Bununla da "Qəbələ" "Zirə" tilsimini qırıb. Belə ki, komandalar arasında Premyer Liqada baş tutmuş iki oyunda "qırmızı-qaralar" qələbəyə həsrət qalmışdı. Bunlardan birində "Zirə" qələbə qazanmış (1:0), digəri heç-heçə (0:0) yekunlaşmışdı.

Mərhələnin ilk oyunlarına "Rəvan" - "İnter" görüşü ilə yekun vurulub. Premyer Liqada medallar uğrunda mübarizə aparan "bankirlər" autsayderə uduzub. Hesabı 56-cı dəqiqədə qonaqlardan Sezar Meza Kolli açıb. 5 dəqiqə sonra Nuran Qurbanov bərabərliyi təmin edib. 81-ci dəqiqədə isə Ramazan Abbasov "Rəvan"ın qələbə qoluna imza atıb. Bu "sarı-qırmızılılar"ın cari mövsümdə "İnter" üzərində ilk qələbəsini qazanıb. Bundan əvvəl komandalar arasında çempionatda baş tutmuş hər iki matçda "bankirlər" eyni hesablı qələbə qazanmışdı - 2:0.

Qeyd edək ki, mərhələnin cavab oyunları martın 9-da keçiriləcək.

Azərbaycan Kuboku
2015/16 mövsümü
1/4 final (ilk oyunlar)

2 mart
Xəzər Lənkəran - Neftçi 3:2
Qollar: Vaquf Güləliyev, 17. Tural Qürbətov, 19. İbrahim Qədirzadə, 52 - Ruslan Qurbanov, 22. Fəhmin Muradbəyli, 39.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 8. Vüqar Bəybalayev, 10. Tural Qürbətov, 15. Nodar Məmmədov, 16. İbrahim Qədirzadə, 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k), 32. Zaman Mirzəzadə.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 9. Bayram Budaqov, 35. Elfad Baləhmədov, 41. Hüseyn Xəlilzadə, 66. Kənan Həsənov, 99. Mahsum Qənbərli.
Baş məşqçi: Elbrus Məmmədov.
Neftçi: 1. Aqil Məmmədov, 3. Filyo Rodriges, 5. Melli, 6. Aylton Silva, 10. Cavid İmamverdiyev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 19. Fəhmin Muradbəyli, 7. Araz Abdullayev (k), 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 17. Rəhman Hacıyev, 18. Elşən Rzazadə, 20. Anete, 8. Elşən Abdullayev, 61. Təyyar Məmmədov.
Baş məşqçi: Əsgər Abdullayev.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Əli Hüseynov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

Qarabağ - Sumqayıt 2:0
Qollar: Riçard Almeyda, 52-pen. Mahir Mədətov, 86.
Qarabağ: 63. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Migel Madera, 10. Dani Kintana, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 67. Əl Hərbi Əl Jadeyui, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev, 99. Muarem Muarem.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 5. Cəmil Hacıyev, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə (k), 24. Amit Quluzadə, 29. Amil Yunanov, 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov, 99. Rasim Ramaldanov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 7. Pərdis Fərcad-Azad, 8. Nicat Muxtarov, 17. Bayram Nuruzadə, 18. Aleksandr Çertoqanov, 70. Vaqif Cavadov.
Baş məşqçi: Samir Abbasov.
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Asim Xudiyev.
“Azərsun Arena”.

Zirə - Qəbələ 1:2
Qollar: Nelson Bonilla, 77 - Aleksey Qay, 75. Dodo, 83.
Zirə: 85. Kamal Bayramov, 2. Çimezi Mbah, 5. Adil Nağıyev, 8. Tərzin Cahangirov, 9. Nelson Bonilla, 11. Viktor İbekoyi, 13. Aleksandr Şemonayev (k), 17. Nicat Qurbanov, 19. Nurlan Novruzov, 28. Təmkin Xəlilzadə, 39. Sadiq Quliyev.
Ehtiyat oyunçular: 12. Şamo Həsənov, 6. Vüqar Mustafayev, 10. İqor İvanoviç, 27. Rəşad Abdullayev, 32. Luiz Alberto Diez, 77. Ruslan Poladov, 90. Vüsal İsgəndərli.
Baş məşqçi: Adil Şükürov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov, 10. Dodo (k), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 3. Vojislav Stankoviç, 5. Pavel Paşayev, 11. Asif Məmmədov, 20. Rikardinyo, 32. Rəşad Eyyubov, 97. Roman Hüseynov.
Baş məşqçi: Roman Qriqorçuk.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Şahin Cəfərov.
Zirə İdman Kompleksinin stadionu.

Rəvan - İnter 2:1
Qollar: Nuran Qurbanov, 61.Ramazan Abbasov, 81 - Sezar Meza Kolli, 56.
Rəvan: 1. Rəşad Əzizli, 2. Ruslan Tağızadə, 3. Saşa Yunisoğlu, 4. Kənan Müslümov, 5. Mirkamil Haşımlı, 14. Elvin Əliyev, 15. Ceyhun Abdullayev, 16. Orxan Lalayev, 17. Ramazan Abbasov (k), 86. Yasin Həmid, 92. Yamin Ağakərimzadə.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqlı, 9. Nuran Qurbanov, 11. Elnur Abdulov, 22. Elmin Ağayev, 39. Əlibəy Məmmədli, 98. Ülvi Kələşov, 99. Əziz Hüseynov.
Baş məşqçi: Bəhmən Həsənov.
İnter: 1. Kamran Ağayev, 3. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev (k), 10. Elnur Abdullayev, 14. Zurab Xizanişvili, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 23. Sezar Meza Kolli, 24. Fuad Bayramov.
Ehtiyat oyunçular: 79. Georgi Lomaya, 2. Sərtan Taşkın, 9. Qara Qarayev, 12. Ruslan Əmircanov, 17. Vüqar Nadirov, 19. Mirhüseyn Seyidov, 45. İlkin Sadıqov.
Baş məşqçi: Zaur Svanadze.
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
“Bayıl Arena”.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

22 May 2024
01:55

Ranyeri karyerasını bitirdi

01:15

"Çelsi" Poçettino ilə vidalaşdı - RƏSMİ

21 May 2024
22:49

"Revanş hissi ilə alışıb-yanırdım" - Xasay Həsənli

21:06

"Mançester Yunayted"dəki dostlarım məni öldürər, amma..." - Devid Bekhem

20:51

AÇ-2024: İngiltərə millisinin 33 nəfərlik heyəti belədir

19:45

Premyer Liqanın ən sürətli qolu açıqlandı - VİDEO

19:01

Ziya qızıl medal qazandı

18:43

Rəşad bürünc medal aldı

18:23

Bakıda təşkil olunacaq dünya çempionatının təqdimat mərasimi keçirildi

18:11

Azərbaycanın daha iki güləşçisi Avropa çempionatının finalına yüksəldi

17:56

Peşəkar Çövkən Liqasında I tur start götürdü

17:29

AMF-in rəsmi saytı fəaliyyətə başladı

17:13

UPL-də qol vuran azərbaycanlı heç-heçədən şikayətləndi

16:55

Nə Henderson AÇ-yə aparılır, nə Sterlinq, nə də...

16:37

AÇ-2024: Portuqaliya millisinin heyəti açıqlandı

16:16

AFFA-da "yarpaq tökümü" başlayır

16:00

Toni Kroosdan gözlənilməz qərar - Özü açıqladı

15:42

AÇ-2024: Sloveniya millisinin heyəti açıqlandı

01 Yanvar 1970
04:00

15:28

Peşəkar Çövkən Liqasının açılış mərasimi oldu

15:11

Benzema gələcəyi ilə bağlı qərarını verdi

14:53

Avropa çempionatının bombardirinə bu mükafat veriləcək - FOTO

04:00

04:00

04:00

14:36

İskonun AÇ arzusu yenə reallaşmadı - SƏBƏB

14:17

Tçkayevi ilk raundda yendilər

13:50

Azərbaycan millisinin Albaniya və Qazaxıstanla oyunlarının hakimləri bilindi

13:28

"Olimpik Marsel"in 3 futbolçusu gülləbaran edildi

13:10

Azərbaycan millisi Qazaxıstan klubuna uduzdu

12:51

Əfsanəvi "Volksvagen" dünyasını dəyişdi

12:23

Klubundan ayrıldı, Alleqrinin yerini tuta bilər

12:05

"Bayern" daha bir "Tottenhem"lini aparır - Bu qiymətə

11:47

Ross Barkli bu kluba satıldı

11:29

Mbappe vida ziyafəti verdi - Makron da qatıldı

11:10

Karlo Ançelottinin oğlu "Real"dan ayrılır - Baş məşqçi təklifi aldı

10:49

Daha bir idmançımız Yaponiyada dünya çempionu oldu

10:28

Benzema Səudiyyə Ərəbistanından qaçmaq istəyir, amma...

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:45

Azərbaycan çempionatında pley-off cütü müəyyənləşdi

Facebookdan bizi izləməyi unutmayın.
X