19:55 05.03.2016 643

"Qarabağ" əsas rəqibini sıradan çıxartdı - "Neftçi" yenə uduzdu

Bu gün Topaz Premyer Liqasında XXIV tura start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Turun ilk oyununda "Xəzər Lənkəran" AZAL-ı qəbul edib. Qarşılaşmada bir qol vurulub və AZAL qələbə qazanıb - 1:0. Matçın yeganə qoluna 36-cı dəqiqədə penaltidən Aleksandr Quruli imza atıb. Bununla da "Xəzər Lənkəran" ardıcıl 13-cü oyunda qələbə qazana bilməyib. 

Ardınca "Neftçi" - "Qəbələ" matçına start verilib. Hesabı 26-cı dəqiqədə "Neftçi"dən Anete açıb. 51-ci dəqiqədə Rafael Santos bərabərliyi təmin edib. 79-cu dəqiqədə "Neftçi"dən Filyo Rodriges meydandan qovulub. 10 dəqiqə sonra isə Rəşad Eyyubov qonaqların qələbə qolunu vurub - 2:1. Bununla da "Qəbələ" Premyer Liqada məğlubiyyətsiz oyunlar seriyasınını 5-ə çatdırıb. Bölgə klubu kubokda da "Zirə"yə qalib gəlib. "Neftçi" ilə ardıcıl 3-cü çempionat matçında xala həsrət qalıb. "Ağ-qaralar" kubokda da "Xəzər Lənkəran"a yenilib. 

Günün üçüncü oyunu "Sumqayıt"la "İnter" arasında keçirilib. Bu matçın da taleyini bir qol həll edib. 47-ci dəqiqədə rəqib qapısına yol tapan Nizami Hacıyev "İnter"ə qələbə qazandırıb. 

Günün son oyununda "Qarabağ" "Zirə"ni sınağa çəkib. Turnir cədvəlinin 1-2-ci pillələrində qərarlaşmış rəqiblərin oyununda 2 qol vurulub. Oyuna fəal başlayan "Qarabağ" 3-cü dəqiqədə Muarem Muaremin qoluna sevinib. Növbəti qol isə son saniyələrdə vurulub. "Zirə"nin qapısına yol tapan Mahir Mədətov 2:0 hesablı qələbəni rəsmiləşdirib. Bununla da "Qarabağ" məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırıb. "Zirə" isə çempionatda 5 oyundan sonra ilk dəfə xal itirib.

Qeyd edək ki, tura sabah keçiriləcək "Rəvan" - "Kəpəz" matçı ilə yekun vurulacaq.

Premyer Liqa
2015/16 mövsümü
III dövrə, XXIV tur

5 mart
Xəzər Lənkəran - AZAL 0:1
Qol: Aleksandr Quruli, 36-pen.
Xəzər Lənkəran: 25. Tərlan Qasımzadə, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 8. Vüqar Bəybalayev, 10. Tural Qürbətov, 12. İlyas Səfərzadə, 15. Nodar Məmmədov, 16. İbrahim Qədirzadə, 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k), 32. Zaman Mirzəzadə.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 9. Bayram Budaqov, 35. Elfad Baləhmədov, 41. Hüseyn Xəlilzadə, 66. Kənan Həsənov, 99. Mahsum Qənbərli.
Baş məşqçi: Elbrus Məmmədov.
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 24. Emin Cəfərquliyev, 6. Tagim Novruzov, 14. İlqar Ələkbərov, 10. Nuqzar Kvirtiya, 22. Kamal Mirzəyev, 88. Mirzağa Hüseynpur, 27. Aleksandr Quruli.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 42. Elşad Manafov, 11. Ruslan Nəsirli, 19. Məhəmməd Bədəlbəyli, 77. Adan Koronado, 20. İsmayıl İbrahimli, 23. Hacı Əhmədov.
Baş məşqçi: Tərlan Əhmədov.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mehman Mahmudov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

Neftçi - Qəbələ 1:2
Qollar: Anete, 26 - Rafael Santos, 51. Rəşad Eyyubov, 89.
Neftçi: 1. Aqil Məmmədov, 3. Filyo Rodriges, 4. Rahil Məmmədov, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Anete, 26. Kamal Qurbanov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 8. Elşən Abdullayev, 18. Elşən Rzazadə, 5. Melli, 61. Təyyar Məmmədov, 95. Elvin Bədəlov, 9. Nikolas Kanales.
Baş məşqçi: Əsgər Abdullayev.
Qəbələ: 22. Dmitri Bezotosni, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov, 10. Dodo (k), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 69. Aleksey Antonov, 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 3. Voyislav Stankoviç, 5. Pavel Paşayev, 11. Asif Məmmədov, 20. Rikardinyo, 25. Qismət Alıyev, 32. Rəşad Eyyubov.
Baş məşqçi: Roman Qriqorçuk.
Qırmızı vərəqə: Filyo Rodriges, 79.
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Rövşən Əhmədov.
“Bakcell Arena”.

Sumqayıt - İnter 0:1
Qol: Nizami Hacıyev, 47.
Sumqayıt: 1. Səlahət Ağayev, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 8. Nicat Muxtarov, 14. Bəxtiyar Həsənalızadə, 18. Aleksandr Çertoqanov, 24. Amit Quluzadə, 29. Amil Yunanov, 55. Ağabala Ramazanov, 70. Vaqif Cavadov, 99. Rasim Ramaldanov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 7. Pərdis Fərcad-Azad, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 39. Emin Mehdiyev, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abbasov.
İnter: 1. Kamran Ağayev, 3. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev (k), 10. Elnur Abdullayev, 14. Zurab Xizanişvili, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 23. Sezar Meza Kolli, 30. Abbas Hüseynov.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 2. Sərtan Taşkın, 9. Qara Qarayev, 12. Ruslan Əmircanov, 17. Vüqar Nadirov, 19. Mirhüseyn Seyidov, 45. İlkin Sadıqov.
Baş məşqçi: Zaur Svanadze.
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
“Kapital Bank Arena”.

Qarabağ - Zirə 2:0
Qollar: Muarem Muarem, 3. Mahir Mədətov, 90+3.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov, 99. Muarem Muarem.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 18. İlqar Qurbanov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 77. Cavid Tağıyev, 90. Samuel Armenteros.
Baş məşqçi: Qurban Qurbanov.
Zirə: 1. Anar Nəzirov, 39. Sadiq Quliyev, 2. Çimezi Mbah, 28. Təmkin Xəlilzadə, 14. Tellur Mütəllimov, 11. Viktor İbekoyi, 6.Vüqar Mustafayev, 27. Rəşad Abdullayev (k), 10. İqor İvanoviç 32. Tato, 9. Nelson Bonilla.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov 90. Vüsal İsgəndərli 5. Adil Nağıyev 8. Tərzin Cahangirov 19. Nurlan Novruzov 77. Ruslan Poladov 96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Məlik Həsənov.
“Azərsun Arena”.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

24

15

6

3

38-15

51

2

Zirə

24

12

8

4

27-17

44

3

Qəbələ

24

11

8

5

29-17

41

4

İnter

24

10

8

6

22-16

38

5

Kəpəz

23

8

9

6

25-20

33

6

AZAL

24

9

5

10

14-21

32

7

Neftçi

24

8

7

9

23-26

31

8

Sumqayıt

24

4

10

10

25-33

22

9

Xəzər Lənkəran

24

3

5

16

10-31

14

10

Rəvan

23

2

8

13

14-31

8

Bombardirlər

Riçard Almeyda (Qarabağ), Nelson Bonilla (Zirə) - 8. Ruslan Qurbanov (Neftçi), Dani Kintana (Qarabağ) - 7. Amil Yunanov (Sumqayıt), Aleksey Antonov (Qəbələ), Samuel Armenteros (Qarabağ) - 6.

Qeyd:

FIFA İntizam Komitəsinin müraciəti əsasında "Rəvan"ın aktivindən 6 xal silinib.


Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 May 2024
00:57

ÇL: "Bayern" - "Real" oyununda məhsuldar heç-heçə

30 Aprel 2024
23:14

İki Azərbaycan idmançısı Paris - 2024-ə vəsiqə qazandı

21:20

"Ten Haq Ronaldu ilə münaqişədən sonra hörmətini itirdi"

20:00

"Mabppe ilə finalda qarşılaşsaq, onu qazona yaxacam" - Antonio Rüdiger

19:27

Azərbaycan millisi Rumıniyaya uduzdu

18:45

"Barselona" qışda aldığı futboloçunu göndərir

18:07

Kan "Bayern" - "Real" duelindən öncə paylaşım etdi

17:41

Ülviyyə Avropa çempionu oldu, FIDE reytinqində irəlilədi

17:23

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

17:02

İnsident zamanı Salahın Kloppa nə dediyi məlum oldu

16:42

Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək

16:23

"Bu oyunun favoriti "Bayern"dir" - Lotar Matteus

16:04

"Səkkizillik müqavilələr bütün tərəflərdən çox pisdir" - Nevill "Çelsi"ni tənqid etdi

15:49

“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirildi

15:28

"Fire League": Qrup mərhələsi başa çatdı

15:10

Levandovski "Barselona"nın tarixinə düşdü

14:52

"Qarabağ"la son oyunlarımızı analiz edəcəyik" - Ağadadaş Salyanski

14:33

"İdmançılarımız avarçəkmədə elə nəticələr əldə edirlər ki..." - Elman Nəsirov

14:15

Ronaldo "Kruzeyro"nun səhmlərinin nəzarət paketini satdı - Növbədə "Valyadolid"dir

13:57

"Lester"dən tarixi rekord - "Mançester Siti"ni geridə qoydular

13:39

"Onlar "Arsenal"a qarşı möhtəşəm oynadılar" - Ançelotti 

13:21

"Zommerin belə çıxışı bizim üçün sürpriz olmadı" - Pyero Auzilio

13:03

Xavi Levandovskinin het-trikinə belə reaksiya verdi

12:46

"Milan"ın müdafiəçisinin gedib-getməyəcəyi dəqiqləşdi

12:10

"Liverpul"un yeni baş məşqçisi bu tarixdə açıqlanacaq - Rekord məbləğdə təzminat

11:51

"Bayern"ə "Mançester Siti" qədər hörmət edirik" - Valverde

11:33

"Qarabağ" - "Neftçi" oyununun məkanı dəyişdi

11:24

"Siti" möhtəşəm komandadır, ancaq onlar da ideal deyillər" - Bukayo Saka

11:07

"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatdı

10:48

PSJ Raşfordla bağlı qərarını verdi

10:29

"Real" Arissabalaqanın yerinə türk qapıçı alır - SON DURUM

10:10

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:48

Qızıl medal qazanan Azərbaycan şahmatçısı mükafatlandırıldı

09:00

Güzəştsiz mübarizə intiriqanı bir az da artırdı – Tura baxış

08:30

"İndi deyə bilərəm ki..." - Levandovski son nöqtəni qoydu

01:25

"Barselona"dan inamlı qələbə

00:57

A Seriyasında tura darmadağınla yekun vuruldu

29 Aprel 2024
23:58

"Uembli"yə yollanmaq istəyirik, inamımız çoxdur" - Tuxel "Real"ı necə yenmək istədiklərini dedi

23:50

"Antalyaspor" darmadağına məruz qaldı

23:03

"Bayern" - "Real" matçının hakimləri bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X