
Sabah dünya klub futbolunun ən böyük matçlarından biri - "El Klasiko" baş tutacaq. Fanat.az xəbər verir ki, İspaniya La Liqasının XXXI turu çərçivəsində keçiriləcək "Barselona" - "Real" qarşılaşması Bakı vaxtı ilə saat 23.30-da başlayacaq.
"Transfermarkt"ın hesablamalarına görə, bu iki klub dünyanın ən bahalı heyətlərinə sahibdi. Belə ki, "Real" 707.3 milyon avro ilə dünyanın birici, "Barselona" 693 milyon avro ilə ikinci ən bahalı komandasıdı.
"Barselona"lı Lionel Messi dünyanın ən bahalı futbolçusudu. "Transfermarkt" argentinalı ulduza 120 milyon avro qiymət qoyub. Onu "Real"dakı həmkarı Kriştiano Ronaldo izləyir. Portuqaliyalı ulduzun dəyəri 110 milyon avrodu.
"El Klasiko"nun 10 ən bahalı futbolçusu
1. Lionel Messi (Barselona) - 120.000.000 avro
2. Kriştiano Ronaldo (Real) - 110.000.000 avro
3. Neymar (Barselona) - 100.000.000 avro
4. Luis Suares (Barselona) - 90.000.000 avro
5. Qaret Beyl (Real) - 80.000.000 avro
6. Ceyms Rodriges (Real) - 80.000.000 avro
7. Kərim Benzema (Real) - 60.000.000 avro
8. Serxio Buskets (Barselona) - 50.000.000 avro
9. Luka Modriç (Real) - 50.000.000 avro
10. Toni Kroos (Real) - 50.000.000 avro
Fanat.az