"Fənərbaxça" rəsmisi İlhan Ekşioğlu jurnalist Serdar Bilicanı ölümlə hədələyib. Fanat.az xəbər verir ki, "Twitter"də həmkarımıza mesaj yazan klub rəsmisi onu ölümlə hədələməklə yanaşı, təhqir də edib.
Buna səbəb Serdar Bilicanın "Twitter"dəki "MHK (Mərkəzi Hakimlər Komitəsi) XXIX həftənin hakimlərini müəyyənləşdirmək üçün sabah saat 12.00-da toplaşacaq. A.Y.nın ("Fənərbaxça" prezidenti Aziz Yıldırım - red.) ricası mətbuata sızdığı halda təsdiqlənərsə, yer yerindən oynayar" paylaşımı olub.
İlhan Ekşioğlu Serdar Bilicana bu sözləri yazıb: "Bir daha böyük "Fənərbaxça"nın ismini ağzına almayacaqsan, it Bilican. Özünüzü vurdutmayın, Fikrət bəyin də ("Beşiktaş" prezidenti Fikrət Ormanı nəzərdə tutur - red.) köpəkliyini etməyin".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol