"Sumqayıt" Premyer Linanın XXXI turunda "Kəpəz"i qəbul edəcək. Fanat.az xəbər verir ki, bu komandalar arasında çempionatdakı 12-ci matç olacaq.
İndiyədək baş tutan qarşılaşmalarda "gənclik şəhəri" təmsilçisinin minimal üstünlüyü var - 4 qələbə. "Kəpəz" 3 dəfə 3 xala sevinib, 4 matçda qalib müəyyənləşməyib. "Sumqayıt" top fərqində də minimal üstünlüyə sahibdi - 14-13.
Komandaların son iki oyununda heç-heçə qeydə alınıb. Ardıcıl 4 qarşılaşmada “Sumqayıt” qələbə qazanmayıb. "Gənclik şəhəri" təmsilçisi sonuncu dəfə sonuncu dəfə 2013-cü ilin 30 martında bu rəqibinə qalib gəlib - 1:0.
Rəqiblərin əvvəlki oyunlarında meydan sahibi olan tərəf indiyədək məğlub olmayıb.
| 30.09.2011 | Kəpəz (Gəncə) - Sumqayıt Şəhər | 1:1 |
| 11.12.2011 | Sumqayıt Şəhər - Kəpəz (Gəncə) | 4:1 |
| 18.03.2012 | Kəpəz (Gəncə) - Sumqayıt Şəhər | 4:1 |
| 15.04.2012 | Sumqayıt - Kəpəz (Gəncə) | 2:0 |
| 26.10.2012 | Kəpəz (Gəncə) - Sumqayıt | 0:0 |
| 20.12.2012 | Sumqayıt - Kəpəz (Gəncə) | 2:1 |
| 30.03.2013 | Sumqayıt - Kəpəz (Gəncə) | 1:0 |
| 27.04.2013 | Kəpəz (Gəncə) - Sumqayıt | 1:0 |
| 04.11.2015 | Kəpəz (Gəncə) - Sumqayıt | 3:1 |
| 07.12.2015 | Sumqayıt - Kəpəz (Gəncə) | 2:2 |
| 27.02.2016 | Kəpəz (Gəncə) - Sumqayıt | 0:0 |
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol