Əvəzedicilərin yarışında XXXII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə oyununda AZAL "Xəzər Lənkəran"ı qəbul edib. Autsayderlərin oyununda 2 qol vurulub və qalib müəyyənləşməyib - 1:1.
İkinci oyun günündə 3 matç baş tutub. "Qəbələ" "Neftçi"ni 3:0 hesabı ilə yenərək sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. "Zirə" - "Qarabağ" oyunu 1:1, "İnter" - "Sumqayıt" matçı 2:2 hesabı ilə başa çatıb.
Tura bu gün keçirilən "Kəpəz" - "Rəvan" oyunu ilə yekun vurulub. 3 qolun vurulduğu oyunda "Kəpəz" məğlub olub - 1:2.
Əvəzedici heyətlər
2015/16 mövsümü
IV dövrə, XXXII tur
29 aprel
AZAL - Xəzər Lənkəran 1:1
Qollar: Seyidrəzi Ağayev, 21 - Kamal Dənziyev, 12.
30 aprel
İnter - Sumqayıt 2:2
Qollar: Fərahim Budaqov, 12. Mənsur Nəhavəndi, 40 - Nurlan Əhmədov, 18. Pərdis-Fərcad Azad, 53.
Qəbələ - Neftçi 3:0
Qollar: Sahil Mirzəyev, 11. Ramil Hasanov, 13. Ülvi İsgəndərov, 75.
Zirə - Qarabağ 1:1
Qollar: Vüsal İsgəndərli, 48-pen - Əl Hərbi Əl Jadeyui, 31.
1 may
Kəpəz - Rəvan 1:2
Qollar: Şöhrət Quliyev, 4 - Xanlar Teymurov, 45-pen. Məhərrəm Hüseynov, 90+2 (avtoqol).
| № | Klub | O | Q | H/H | M | T/F | X |
| 1 | Qəbələ | 32 | 23 | 3 | 6 | 82-29 | 72 |
| 2 | Sumqayıt | 32 | 17 | 8 | 7 | 61-35 | 59 |
| 3 | Qarabağ | 32 | 16 | 9 | 7 | 50-29 | 57 |
| 4 | Kəpəz | 32 | 13 | 10 | 9 | 48-42 | 49 |
| 5 | Neftçi | 32 | 14 | 6 | 12 | 59-43 | 48 |
| 6 | Zirə | 32 | 13 | 6 | 13 | 46:49 | 45 |
| 7 | İnter | 32 | 10 | 5 | 17 | 53-64 | 35 |
| 8 | Rəvan | 32 | 11 | 2 | 19 | 41-63 | 35 |
| 9 | AZAL | 32 | 8 | 6 | 18 | 40-67 | 30 |
| 10 | Xəzər Lənkəran | 32 | 6 | 3 | 23 | 32-91 | 21 |
| Bombardirlər | Ehtiram Şahverdiyev (Qəbələ) - 20. Ramil Həsənov (Qəbələ) - 17. Şahin Əliyev (Sumqayıt) - 15. |
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol